İsmayıllıda "Renault" yandı

6 İyul 2019 10:19 (UTC+04:00)

İsmayıllı rayonunda "Renault" markalı minik avtomobilinin salon hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən SİA-ya məlumat verilib. Məlumatda qeyd edilir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;