Qəbələdə 3 otaqlı ev yanıb

6 İyul 2019 08:08 (UTC+04:00)

Qəbələ rayonunda 3 otaqlı ev yanıb. SİA-nın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Bum qəsəbəsində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.