Avstraliyada tısbağaya görə aviareys ləngiyib

6 İyul 2019 00:17 (UTC+04:00)

Avstraliyanın Qold Kost şəhərində hava limanının uçuş-eniş zolağında gəzən tısbağa aviareysin ləngiməsinə səbəb olub. Trend-in məlumatına görə, təyyarə uçuş-eniş zolağında sürət yığmağa başlayarkən pilot iri tısbağanı görüb. Heyət üzvləri tısbağanın təhlükəsiz yerə aparılmasınadək təyyarəni dayandırmaq qərarı verib. Tısbağa zolaqdan götürüldükdən sonra uçuş davam edib