Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov əsgərlikdən qayıdıb. SİA-nın məlumatına görə, bu barədə ifaçı sosial media hesabında video paylaşaraq bu sözləri yazıb: “Balamın biri qayıtdı, başımı uca etdin, övladım, çox sağol. Evimizin son beşiyi olan hazırda Azərbaycan Respublikasına xidmət edən Jerar Qafarovun - ikinci oğlumun əsgərlikdən gəlməyini gözləyirik. Fəxr edirəm ki, iki igid əsgər anasıyam, azərbaycanlıyam”.
Qeyd edək ki, Corc və Jerar Roza Zərgərlinin mənəvi övladlarıdır. Corc aktyorluq fəaliyyəti ilə məşğuldur.