Masallıda həyətyanı sahədə çətənə kolları aşkarlanıb

3 İyul 2019 17:24 (UTC+04:00)

Masallıda həyətyanı sahədə çətənə kolları aşkarlanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Musaküçə kənd sakini A.Abuşovun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilərək götürülüb.