Slavço Georgievski: ""Xəzər Lənkəran"la görüş mənim üçün qələbə qazanmalı olduğumuz, çempionat oyunudur"

11 Fevral 2011 00:01 (UTC+04:00)

"Neftçi"nin makedoniyalı futbolçusu Slavço Georgievski derbi oyunu haqda fikrilərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdrır: "Xəzər Lənkəran"la görüş mənim üçün qələbə qazanmalı olduğumuz, çempionat oyunudur. Təbii ki, bu oyunun Azərbaycanda necə səbirsizliklə gözlənildiyini bilirik. Bu Azərbaycanın ən böyük derbisi hesab olunur. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Premyer Lliqa bir matçdan ibarət deyil, bütün görüşlər bizim üçün vacibdir. Bu oyunla yanaşı, digər görüşləri də qazanmaq lazımdır. Əsas odur ki, mövsümün sonunda çempion olaq. Çünki komandamız uzun müddətdir qızıl medalları qazana bilmir. Biz çempion olaraq, bu çempionluğu klubun rəhbərliyinə, "Neftçi" azarkeşlərinə həsr etmək istəyirik".