Böyük Britaniyanın Brexitdən sonrakı mavi rəngli vətəndaş pasportlarını fransız şirkəti olan “Gemalto” Polşada hazırlayacaq. SİA xəbər verir ki, şirkət Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin sonuncu tenderində qalib gələrək 11,5 illik müqavilə imzalayıb.
Yeni pasportlar Varşava, Qdansk, Poznan, Tçeve və Krakov şəhərlərində hazırlanacaq. Bu sənədlər dünyanın ən mükəmməl biometrik pasportları olacaq. Pasport sahibinin şəxsi məlumatları elektron mikroçipdə sənədin vərəqinə həkk ediləcək. Məlumatların oğurlanması isə qeyri mümkün olacaq.