Ermənistanın hakim Respublika Partiyası son zamanlar koalisiyanın dağılmaması üçün əlindən gələni edir. SİA-nın məluamtına görə bu barədə məlumatlar erməni KİV-lərində daha çox yer alır. Belə ki, xəbərlərdə koalisiyada təmsil olunan Respublika Partiyası ilə "Çiçəklənən Ermənistan" arasında ciddi fikir ayrılıqlarının olduğu qeyd edilir. Sonuncu 2013-cü ildə keçiriləcək prezident seçkisində hazırki dövlət başçısı Serj Sarkisyanı dəstəkləyib-dəstəkləməyəcəyini hələ də açıqlamayıb.
Eyni zamanda "Çiçəklənən Ermənistan" hakim koalisiyaya yeni əməkdaşlıq planını təqdim edib. İndi koalisiya üzvləri planı müzakirə etməli və mövqelərini açıqlamalıdırlar. Sənəddə 2012-ci ildə keçiriləcək parlament və 2013-cü ildə təşkil olunacaq prezident seçkisindən sonra da əməkdaşlıq haqda danışılır. Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Qalust Saakyan bildirib ki, tərəflər sənədi qəbul etsə, parlament seçkisindən sonra onun davamı da olacaq.