Prezident İlham Əliyev Gəncəyə səfər edib

10 Fevral 2011 21:58 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərinə gedib.

 

SİA-nın xəbərinə görə, dövlətimizin başçısı şəhərin Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.