Petkim limanında gəmidə yanğın olub

2 İyul 2019 09:12 (UTC+04:00)

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən Petkim limanında gəmidə yanğın baş verib. SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 16 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15-i İtaliya, 1-i isə Yunanıstan vətəndaşıdır.

Ən son məlumata görə, xəsarət alanlardan biri ölüb.