Aktyorlar Demet Özdemir ilə Can Yamanın baş rolda oynadığı "Erkenci kuş" serialı ilə bağlı gözlənilməz qərar alınıb. SİA-nın məlumatına görə, ekran işinin ssenari qrupu dəyişilib. Serialın qalan bölümlərində ssenarini Fethi Kantarcı və Sayqın Delibaş qələmə alacaq.
Yaradıcı heyət "Erkenci kuş"un reytinqdə birinci olduğu üçün yay mövsümündə tətilə yollanmayıb.
Qeyd edək ki, serialın yayım günü çərşənbə axşamlarıdır.