"Qalatasaray"ın futbolçusu Mbaye Diyan gələcəyi ilə bağlı qərarını verib. Seneqallı hücumçu sosial media hesabından açıqlamasında İstanbul təmsilçisində qalacağını deyib: "Klubumla 4 illik müqaviləm var. Burada qalmağa qərar verdim, çünki haqqımda çox danışırsınız. Səudiyyə Ərəbistanı klublarına getmirəm, başa düşdünüz?".