Fevralın 9-da Nyu-Yorkun əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "Light Sweet Crude Oil" markadan olan neftin ixracına dair mart müqaviləsinin dəyəri 0,23 dollar və ya 0,3% azalaraq 1 barelə görə 86,71 dollar təşkil edib.
SİA-nın xəbərinə görə, ICE London qitələrarası birjasında isə martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,90 dollar artaraq 101,82 dollar təşkil edib.