"Roma"nın müdafiəçisi "Napoli"yə keçib

1 İyul 2019 06:21 (UTC+04:00)

"Roma"nın müdafiəçisi Kostas Manolas "Napoli"yə keçib.

SİA paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb. Yunanıstanlı oyunçu Neapol klubunda ilinə 4.5 milyon avro qazanacaq.

Qeyd edək ki, "Napoli" Manolasa görə "Roma"ya 36 milyon avro təzminat ödəyib.