Minsk-2019: Rafael Ağayev finalda uduzdu

30 İyun 2019 19:09 (UTC+04:00)

Minskdə keçirilən II Avropa oyunlarının karate üzrə yarışlarına yekun vurulub.

SİA xəbər verir ki, kişilərin 60 kq çəki dərəcəsində final döyüşündə Azərbaycan yığmasının ulduzu Rafael Ağayev 75 kq çəki dərəcəsinin finalında ukraynalı Stanislav Horuna ilə üz-üzə gəlib.

Beşqat dünya, 11 qat Avropa çempionu, ilk Avropa Oyunlarının qalibi olan idmançımız 0:4 hesabı ilə məğlub olub. Bununla da karateçimiz yarışları gümüş mükafatla başa vurub.

R.Ağayevin medalı karateçilərimizin Minsk-2019-da beşinci mükafatı olub. Ona qədər Asiman Qurbanlı (+84 kq) qızıl, İrina Zaretska (68 kq) və Firdovsi Fərzəliyev (60 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal əldə edib.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Oyunlarında 28-ci medalını əldə edib. İdmançılarımızın hesabında 5 qızıl, 10 gümüş, 13 bürünc mükafat var.