"Neftçi"nin zəif mövsüm keçirən rəqibi darmadağın olub

30 İyun 2019 01:49 (UTC+04:00)

Moldova çempionatında 15-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, "Neftçi"nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sperantsa" bu tur səfərdə "Şerif"in qonağı olub. Görüş qonaqların 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 39-a çatdıran "Şerif" liderliyini möhkəmlədib. Zəif mövsüm keçirən "Sperantsa" isə 19 xalla 6-cı sırada qalıb.

Xatırladaq ki, "Neftçi" və "Sperantsa" arasında ilk oyun iyulun 11-də Moldova paytaxtı Kişinyov şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda – “Bakcell Arena”da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.