"İnter" də "Olimpiya" ilə bacarmadı

10 Fevral 2011 11:15 (UTC+04:00)

Bakının "İnter" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində son yoxlama matçını keçirib. SİA-nın məlumatına görə, rəqib ötən yay "Xəzər Lənkəran"ı Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Moldova "Olimpiya"sı olub.

Görüşdə hesab açılmayıb. "İnter"in heyətində milli komandalara çağırılan oyunçulardan əlavə, Petar Zlatinov, Valeri Abramidze və Georgi Lomaya meydançaya çıxmayıb.

Komandamız sabah Bakıya qayıdacaq.