Bir yaşlı uşaq ikinci mərtəbədən yıxıldı

29 İyun 2019 15:03 (UTC+04:00)

Xəzər rayonunda bədbəxt hadisə zamanı körpə yaralanıb. SİA xəbər verir ki, Zirə qəsəbəsində 2018-ci il təvəllüdlü Esmira Əliyeva yaşadığı binanın ikinci mərtəbəsində valideyn nəzarətindən kənar pəncərəyə yaxınlaşıb.

Körpə pəncərədən aşağı yıxılaraq ağır xəsarət alıb. O, özəl xəstəxanaların birinə yerləşdirilib.