Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarının 9-cu günündə 28 dəst medal sahibini tapacaq. SİA-nın verdiyi məlumata görə, Azərbaycan idmançıları dörd növdə qüvvəsini sınayacaq.
Yunan-Roma güləşçilərimizdən üçü mübarizəyə start verəcək. Həmçinin üç karateçimiz medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 29-da daha dörd növdə yarışlar keçiriləcək. Bunlar badminton, çimərlik futbolu, velosiped idmanı və stolüstü tennisdir.
29 iyun
Boks
18:55. 81 kq, final
Yunan-Roma güləşi
12:20. 87 kq, 1/8 final
İslam Abbasov – Nikolay Dobrev (Serbiya)
13:00. 97 kq, 1/8 final
Orxan Nuriyev – Daniel Qastl (Avstriya)
13:10. 130 kq, 1/8 final
Sabah Şəriəti – Ante Milkoviç (Xorvatiya)
İdman gimnastikası
15:00. Kişilər, çoxnövçülük
İvan Tixonov
Karate
10:20. Kişilər, kata
Roman Heydərov
12:00. Qadınlar, 68 kq
İrina Zaretska – Silviya Semeraro (İtaliya)
12:20. Qadınlar, 68 kq
İrina Zaretska – Alize Aqier (Fransa)
12:35. Qadınlar, 68 kq
İrina Zaretska – Miroslava Kopunova (Slovakiya)
13:30. Kişilər, 84 kq
Asiman Qurbanlı – Tirol Darnel Lardi (Hollandiya)
13:50. Kişilər, 84 kq
Asiman Qurbanlı – Conatan Horne (Almaniya)
14:05. Kişilər, 84 kq
Asiman Qurbanlı – Alparslan Yamanoğlu (Türkiyə)