Binanın çökməsi nəticəsində 16 nəfər ölüb

29 İyun 2019 09:05 (UTC+04:00)

Hindistanın Puna şəhərində inşası davam edən binanın 23 metrlik divarı çöküb. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, divarın çöklməsi nəticəsində azı 16 işçi həlak olub.

Bildirilir ki, divarın çökməsinə səbəb güclü yağışlar olub. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.