Virus hücumuna məruz qalan ölkələr hansılardır?

10 Fevral 2011 02:12 (UTC+04:00)
2010-cu ildə Avropa İttifaqı ölkələrində internet istifadəçilərinin təxminən üçdə bir hissəsi virus hücumuna məruz qalıb. SİA-nın məlumatına görə, bu barədə Eurosta Avropa statistika agentliyinin hesabatında qeyd olunur. Virus hücumları hallarının əksər hissəsi Bolqarıstanda qeydə alınıb. Buradakı kompüterlərin 58 faizi virus hücumlarının qurbanı olub.

Siyahının ikinci pilləsində 50 faizlə Malta, üçüncü pilləsində isə 47 faizlə Slovakiya yer alıb. Bununla belə virus hücumlarının səviyyəsi Macarıstanda 46, İtaliyada 45 faiz təşkil edir. Ən kiçik virus hücumlarının səviyyəsi 14 fazilə Avstriya, 15 faizlə İrlandiya, 20 faizlə Finlandiya, 22 faizlə Almaniyada qeydə alınıb.

Sorğuda iştirak edənlərin 84 faizi kompüterlərində mühafizə sistemlərinin olduğunu qeyd ediblər. Mühafizə olunan kompüterlərin əksər hissəsi Niderlandın payına düşür. Burada kompüterin təqribən 96 faizində antivirus proqramları istifadə edilir. Niderlanddan sonra Lüksemburq, Malta və Finlandiya ölkələri durur ki, həmin ölkələrdə 91 faiz kompüterlər xüsusi proqramlarla mühafizə olunur.