Hərbi orkestrlərin çıxışları təşkil olunub FOTOLAR

26 İyun 2019 13:16 (UTC+04:00)

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları təşkil olunub. SİA-nın verdiyi məlumata görə, orkestrlər hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, Azərbaycan və dünya bəstəkarlarının müasir və klassik musiqi əsərlərindən parçalar səsləndiriblər.

Hərbi orkestrlərin ifası yerli sakinlər və paytaxtımızın qonaqları tərəfindən maraqla qarşılanıb.