Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli 6 otaqlı evin 4 otağının yanar konstruksiyaları 100 m² sahədə yanıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.