Qaxda mikroavtobus ağaca çırpılıb

25 İyun 2019 03:02 (UTC+04:00)

Qaxda mikroavtobus ağaca çırpılıb. FHN-dən Trend-ə verilən məlumata görə, rayonun Şotavar kəndində “Mercedes” markalı mikroavtobus yol kənarındakı ağaca çırpılıb. Nəticədə mikroavtobusun yanar hissələri və yaxınlıqda 1 ədəd ağac yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.