"Yuventus" 70 milyon avroluq transferə hazırlaşır

24 İyun 2019 20:30 (UTC+04:00)

"Ayaks"ın kapitanı Matteys de Liqt "Yuventus"a keçməyə yaxındır. Qol.az-ın Hollandiya mətbuatına istinadən yaydığı xəbərə görə, Turin klubu 19 yaşlı müdafiəçiyə illik 14 milyon avro məvacib ödəməyə hazırdır. "Qoca sinyora"nın hollandiyalı futbolçunun klubuna isə 70 milyon avroluq təklif göndərdiyi bildirilir.

Əgər De Liqtin "Yuventus"a keçidi gerçəkləşsə, o, A Seriyasında Kriştiano Ronaldodan sonra ən yüksək ödənişli 2-ci futbolçu olacaq. İddiaya görə, portuqliyalı superulduzun illik gəliri 31 milyon avrodur.

Qeyd edək ki, ötən mövsüm "Ayaks"ın heyətində 55 oyun keçirən de Liqt 7 qol vurub və 4 məhsuldar ötürmə edib. Komandasına Hollandiya çempionluğu və kubokunun qazanılmasında kömək edən gənc yarımmüdafiəçi eyni zamanda Çempionlar Liqasında yarımfinal oynayıb.