Prezident İlham Əliyevin qərb bölgəsinə səfəri başlayıb

9 Fevral 2011 22:53 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da respublikanın qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib.

 

SİA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoyub.

 

Prezidentə abidənin ətrafında salınan Heydər parkında aparılmış abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.

 

Sonra dövlət başçısı Qazax rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.