Qızılın qiyməti bahalaşıb
9 Fevral 2011 21:22 (UTC+04:00)
Qızılın qiyməti bahalaşıb. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında qızılın ixracına dair aprel fyuçerslərinin qiyməti 15.90 dollar və ya 1.2 faiz artaraq unsiyaya görə 1364.10 dollar təşkil edib. Qızlın ixracına dair fevral fyuçerslərinin qiyməti 15.80 dollar artaraq troya unsiyasına görə 1363.40 dollar olub.
Nyu-Yorkda satılan digər qiymətli metalların da qiymətində artım müşahidə olunub. Gümüşün ixracına dair aprel fyuçerslərinin qiyməti 3.2 faiz, platinin ixracına dair aprel fyuçerslərinin qiyməti 0.1 faiz, palladiumun ixracına dair mart fyuçerslərinin qiyməti 2.4 faiz artıb.