Çində avtobus qəzası 5 nəfər ölüb

23 İyun 2019 11:02 (UTC+04:00)

Çinin Cainsi vilayətinə səyahət avtobusunun idarəetməni itirərək yol kənarındakı maneələrə çırpılması nəticəsində 5 nəfər ölüb, 6 nəfər ağır yaralanıb. Digər sərnişinlər yüngül xəsarət alıblar. SİA vilayətin hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, qəza vaxtı avtobusda 53 nəfər olub.

Qəza Şanxay-Kunmin avtomagistralının Şanrao şəhərindən keçən hissəsində baş verib.