Cavid Çələbiyev də II Avropa Oyunlarına qələbə ilə başlayıb

22 İyun 2019 21:47 (UTC+04:00)

İyunun 22-də Azərbaycanın daha bir boksçusu ikinci Avropa Oyunlarına qələbə ilə başlayıb.

SİA xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizəyə onaltıdabir final mərhələsindən qoşulan Cavid Çələbiyev ukraynalı Nikola İvkoviç üzərində 5:0 hesablı təmiz qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib. İdmançımız səkkizdəbir finalda moldovalı Dorin Buksa ilə görüşəcək. Həmin görüş iyunun 25-də baş tutacaq.

Xatırladaq ki, ötən gün Tayfur Əliyev (56 kq), bu gün isə Lorenzo Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (75 kq) səkkizdəbir finala yüksəliblər.