Tbilisidə keçirilən aksiya mərkəzi prospektin bağlanmasına səbəb olub

22 İyun 2019 21:39 (UTC+04:00)

Tbilisidə keçirilən aksiya ilə əlaqədar mərkəzi Rustaveli prospekti bağlanıb.

SİA xəbər verir ki, parlamentin qarşısında keçirilən aksiyada iştirak edənlərin sayı 5 mini ötüb. Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Mərkəzi Rustaveli prospekti bağlanıb. Aksiya iştirakçılarının sayının daha da artacağı gözlənilir.