Zərdab RPŞ-nin əməkdaşları tərəfindən Bıçaqçı kəndi ərazisində yabanı halda bitən çəkisi 1,1 ton a yaxın 1167 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Xocalı RPŞ–nin əməkdaşları tərəfindən Goranboy rayonunun Mənəşli kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 tona yaxın 3793 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.