ABŞ beş Çin şirkətini qara siyahıya salıb

22 İyun 2019 12:33 (UTC+04:00)

ABŞ "Huawei"dən sonra daha 5 Çin şirkətini qara siyahıya salıb. Bu barədə "Bloomberg xəbər verir. SİA-nın verdiyi məlumata görə, məhdudlaşdırıcı tədbirlərə məruz qalan təşkilatlara Amerika malları və xidmətləri satın almaq qadağandır.

Ticarət Nazirliyinin qara siyahısına Chengdu Haiguang Integrated Circuit, Chengdu Haiguang Mikroelektronika Texnologiyası, Higon, Sugon və Jiangnan Kompüter Texnologiyaları Universiteti daxil edilib.