Peskov: "Gürcüstanda bizim vətəndaşlar üçün kiçik təhlükə belə aradan qalxmalıdır”

22 İyun 2019 04:21 (UTC+04:00)

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin Gürcüstanla bağlı imzaladığı fərmanı şərh edib.

SİA Rusiya xəbər agentliklərinə istinadən xəbər verir ki, Kremlin sözçüsü Putinin Gürcüstanla bağlı fərmanını Tbilisidə ekstremist fəaliyyətlər fonunda məcburi məhdudlaşdırma adlandırıb.

"Gürcüstanda vəziyyət normallaşmalı və bizim vətəndaşlar üçün kiçik təhlükə belə aradan qalxmalıdır. Ancaq bundan sonra prezident bu qərara yenidən baxa bilər", - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyunun 21-də Rusiyadan Gürcüstana uçuşların qadağan olunması haqqında fərman imzalayıb.