"Atletiko" yeni transferi ilə müqavilə imzalayıb

22 İyun 2019 01:16 (UTC+04:00)

"Real"ın futbolçusu Markos Lorentenin "Atletiko"ya keçidi rəsmiləşib. Klubun saytında yer alan xəbərə görə, tibbi müayinədən keçən 24 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun "Real"a 40 milyon avro ödədəyinio yazıb.

Qeyd edək ki, M.Lorente "Real"da son iki mövsümdə 36 matçda 2 qol vurub.