“Fənərbaxça” “Sivasspor”dan futbolçu transfer edir

21 İyun 2019 19:39 (UTC+04:00)

“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə mətbuatının yazdığına görə, “sarı-lacivərtlər” “Sivasspor”un yarımmüdafiəçisi Emre Kılınçı transfer etmək üzrədir. İstanbul kulubu 24 yaşlı futbolçu üçün 3 milyon avro və Barış Alıcını 1 illik icarəyə verməyi təklif edib. Tərəflər arasında razılığın əldə olunduğu bildirilir.