Dmitri Medvedyev və Serj Sarkisyan arasında telefon danışığı olub

9 Fevral 2011 18:59 (UTC+04:00)

Rusiya və Ermənistan prezidentləri Dmitri Medvedyev və Serj Sarkisyan arasında telefon danışığı olub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Dmitri Medvedev və Serj Sarkisyan Rusiya-Ermənistan əməkdaşlığına dair gündəmdə olan aktual məsələləri, eləcə də perspektivdəki ikitərəfli münasibətləri müzakirə ediblər.

 

Qeyd edək ki, telefon danışığı erməni tərəfinin təşəbbüsü ilə baş tutub.