Milyardlıq krediti Ermənistan kimdən və nə üçün alır?

21 İyun 2019 16:27 (UTC+04:00)

Ermənistanın maliyə naziri Atom Cancuqazyan parlamentdə çıxış edərkən ölkəyə 1,5 milyard dollar kredit cəlb edilməsi imkanları barədə bəyan edib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, 2019-cu ilin sonuna ölkənin daxili borclanması yarım milyard dollar həcmində olacağı gözlənilir. Amma hakimiyyət belə bir borclanmanı təhlükə hesab etmir və guya ki, inkişaf sürəti sayəsində bu borclanmanın öhdəsindən gəlmək mümkündür.

Məlumatda o da qeyd olunur ki, RAN possovet tədqiqatlar mərkəzinin aparıcı elmi əməkdaşı Aza Miqranyan isə hesab edir ki, Ermənistanda belə bir inkişaf yoxdur və gələcəkdə də çətin mümkün ola. O, eyni zamanda vurğulayıb ki, bu vəsaitlər kimdən alınacaq, nə üçün alınacaq və bunun üçün, investisiya, vəsait cəlb etmək üçün konkret layihələr olmalıdır.