“Siyasət və siyasətçilər artıq bu məsələyə aid deyillər” VAŞADZE

21 İyun 2019 12:48 (UTC+04:00)

Gürcüstan müxalifəti bu gün axşamdan başlayaraq Tbilisidə - parlament binasının qarşısında etiraz aksiyalarını davam edəcək. SİA xəbər verir ki, “Vahid milli hərəkat” partiyasının sədri Qriqol Vaşadzenin bu iddiasını Qruziya Onlayn saytı ictimailəşdirib.

“Biz, öz aksiyalarımıza son verməyəcəyik. Axşam saat 19:00-da biz yenidən parlament biz yenidən parlament binası qarşısına toplaşacağıq. Baxacağıq ki, bu dəfə nə qədər insan gələcək, hansı ki, siyasət və siyasətçilər artıq bu məsələyə aid deyillər”.

“Sözdə hakimiyyət konstitusion hüquqları əllərindən alınmış Gürcüstan vətəndaşlarına qarşı rejim formalaşdırıb və müqavimət göstərib, təhqir edib”, deyə bildirən müxalifətçi partiya sədri onu da bildirib ki, məhz bu insanlar ölkənin suverenitetliyini, ərazi bütövlüyünü, müstəqilliyini illərdir ki, qoruyublar.

Onun sözlərinə görə, cümə axşamında olduğu kimi, bu dəfəki etiraz aksiyasına da praktiki olaraq bütün müxalifət partiyaları qoşulacaqlar. Gün ərzin də isə, fəaliyyət planı barədə daha detallı informasiyalar veriləcək.