Amnesty International İraq hökumətini gizli həbsxanalar saxlamaqda ittiham edir

9 Fevral 2011 11:47 (UTC+04:00)

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Iraq hökumətini ifadə almaq üçün məhbuslara sistematik olaraq işgəncə verilən gizli həbsxanalar saxlamaqda ittiham edib.

SİA-nın məlumatına görə, təşkilat bildirir ki, İraqın daxili işlər və müdafiə nazirlikkləri bəzisi gizli olan təcridxanalara malikdir. İraqın baş naziri Nuri əl-Məlikihökumətin gizli həbsxanalara malik olduğu haqda iddiaları rədd edib.