Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılan yenidənqurma və bərpa işlərinin nəticəsi olaraq istifadəyə verilən yeni istirahət-turizm infrastrukturu obyektləri və xidmətləri ilə əlaqədar cari il avqustun 1-dən etibarən xarici turistlər üçün qoruğa giriş haqqı 9 AZN olacaq. SİA-nın məlumatına görə, yerli ziyarətçilər üçün bu qiymət 2 AZN, tələbə biletini təqdim etməklə tələbələr üçün 1 AZN təşkil edir. 18 yaşınadək yeniyetmələr, Milli Qəhrəmanlar, müharibə veteranları, I və II qrup əlillər üçün qoruğa giriş ödənişsizdir.
Bundan əlavə, “Yanardağ” və “Atəşgah məbədi" qoruqlarına giriş hüququ verən kombinə olunmuş 11 manatlıq biletlər, həmçinin qruplar üçün xüsusi güzəştlər mövcuddur.