"Ayaks" baş məşqçi ilə yeni müqavilə imzalayıb

20 İyun 2019 23:34 (UTC+04:00)

"Ayaks" baş məşqçisi Erik ten Haqla yeni müqavilə imzalayıb. Klubun saytında yer alan xəbərə görə, hollandiyalı mütəxəssislə müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, ten Haq 2017-ci ildən "Ayaks"ı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm Hollandiya çempionu olub və ölkə kubokunu qazanıb. "Ayaks" Çempionlar Liqasında isə yarımfinala kimi yüksəlib.