Ermənistan hakimiyyəti uğursuz dövlətlərin yolu ilə gedir

20 İyun 2019 16:57 (UTC+04:00)

2018-ci ildə Ermənistanda postmodern inqilabçı texnologiyalardan istifadə etməklə hakimiyyət dəyişikliyi baş verib. SİA Ermənistana məxsus aysor.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, bunu bu gün “Politekonomiya” elmi-tədqiqat institutunun direktoru Andranik Tevanyan “Adekvad” ictimai təşkilatının təşəbbüsü ilə keçirilən “Adekvad-diskurs” konfransında bəyan edib.

Məlumatda qeyd olunur ki, onun sözlərinə görə, indi hakimiyyət “düşmənləri axtarmaqla cəmiyyətdə öz hakimiyyətini qorumaq” niyyətindədir.

“Təbii ki, bu düşmənləri qaraların, köhnə hakimiyyətin simasında, tapırlar. Indi Ermənistan hakimiyyəti uğursuz dövlətlərin yolu ilə gedir”, - deyə, Andranik Tevanyan bildirib.