Baş Assambleyaya Bolqarıstan sədrlik edəcək

20 İyun 2019 14:09 (UTC+04:00)

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasına sədrlik dəyişib. SİA xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

O deyib ki, sədrlik 6 ay müddətinə Bolqarıstana keçib.