Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib

20 İyun 2019 13:48 (UTC+04:00)

İyunun 20-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 53-cü iclası çərçivəsində qurumun Baş katibi vəzifəsinə seçkilər keçirilib. SİA xəbər verir ki, gizli səsvermə nəticəsində Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib.

O, bu vəzifəni beş il müddətinə icra edəcək.