5 ayda 29,5 milyon Bakı metrosunun gəliri

20 İyun 2019 11:49 (UTC+04:00)

Beş ayda metrodan istifadə edənlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, beş ayda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azalıb. Belə ki, cari ilin yanvar-may aylarında 98,6 milyon nəfər metrodan istifadə edib.

Qeyd edək ki, Bakı metrosu 5 ayda gediş haqqından 29 580 000 manat qazanc əldə edib.