Yunanıstana keçməyə hazırlaşan qaçqınlar saxlanılıb

20 İyun 2019 10:11 (UTC+04:00)

Türkiyə təhlükəsizlik qüvvələri qanunsuz yolla Yunanıstan adalarına keçmək istəyən 114 qaçqını saxlayıb. SİA xəbər verir ki, qaçqınlar Muğla vilayətinin Fethiye rayonu sahillərində rezin qayıqlara minməyə hazırlaşarkən ələ keçiblər. Bildirilir ki, Pakistan, Suriya və Əfqanıstan vətəndaşlarından ibarət dəstə Muğladakı Miqrasiya İdarəsinə təhvil veriliblər.