"Bu ilin mart ayının 1-dən respublikamızda minimum əməkhaqqı 180 manat oldu; o vaxt minimum əməkhaqqının məbləği 50 manat, başqa sözlə, 38,5 faiz artırılmış, minimum əməkhaqqının artımı birbaşa 600 minədək (!) insanı əhatə etmişdi. ( –Onlardan dövlət sektorunda işləyən 450 min (!) nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərçünsə 25 faiz artım olmuşdu.) Hələ bu ilin birinci artımı günlərində, rəsmi olaraq vurğulanırdı ki, bu vacib – sosial önəm daşıyan addım, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması yönündə sağlamlaşdırıcı təsirə malikdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
"Zarafat deyil, son 15 ildə Azərbaycanda əməkhaq(lar)ı 7, minimum əmək haq(lar)ı isə 6,5 dəfə artırılıb. (Yeri gəlmişkən, dövlət sektoru ilə yanaşı, özəl sektoru da hər dəfə vurğulayarkən, onu da xatırladaq ki, işçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.)
Bir sözlə, 2019-cu ilin əvvəlində sosial sahədə atılan addımlardan və dövlət başçımızın imzaladığı yeni “sosial zərf” bu yöndə həyata keçirilən siyasətin davamlılığını, silsilə xarakterini, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasətinin məntiqiliyini, uğurlu sosial dövlət modelini göstərməkdədir.
Budur, Azərbaycan Prezidentinin yeni sərəncamları elan olunub. Sərəncamlar:
- minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını;
- dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılmasını;
- hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılmasını;
- dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan (bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan) müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılmasını;
- dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.
Bəli, müstəqil respublikamızın tarixində ilk dəfə olaraq, bir il içində, hətta yaxın aylar ərzində minimum əməkhaqqı və ümumən əməkhaqqı önəmli dərəcədə artırıldı.
Bəri başdan bir məsələyə də deyinək, sonra ya gec olmasın ya da yaddan çıxmasın: Bu əməkhaqqı artımı enerji daşıyıcılarında, bazarda, nə bilim, kənd təsərrüfatı məhsullarında, xaricdən alınan ərzaqlarda, xidmət sektorunda bahalaşmaya səbəb olacaqmı? – sualını nəzərdə tuturam; deyirəm ki, hökümət əhalinin enerji daşıyıcılarından istifadə ilə bağlı məlum limitini qaldırırsa, gedişatdan işiğın, suyun limitinin qaldırılacağı gözlənirsə, bir təhlilçi dostumuzun sözü ilə desək, “ən əsası, bu xərcləmələr şişmiş milyardlıq kölgə iqtisadiyyatının əridilməsi hesabına həyata keçirilməsi ilə müşayiət olunur”sa... və s. o zaman, dediyimiz sual sual müstəvisindən çıxarıla bilər. Açığı, bu sualçıxarmada ən əsas istinadgahımız məhz Prezidentimizin atdığı inqilabi addımlar, imzaladığı səndələrin fəlsəfəsi, ruhudur! Bəlkə, bu ilin sonunda, bəlkə gələn il, daha bir möhtəşəm addım atılb da, minimum əməkhaqqı məbləği, məsələn, 340 manat olarsa, heç təəccüblənmərəm. Çünki dövlət baba, şəxsən, dövlət başçımız canayaxın, xəlqi, sosialyönümlü yanaşmaları, addımları ilə xalq üçün ən yaxşısına, ən layiqlisinə çalışır, çalışır...
***
Beləliklə, nələri fərqləndirə bilərik?
Habelə, deyilənlərlə yanaşı:
***
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha, bir daha göstərir, sübut edir. Bu yerdə, Ümummili liderin sözlərini xatırlatmaq istərdim: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Dövlət başçımızın sosialyönümlü ardıcıl addımlarının mahiyyəi haqqında düşünərkən Ümumilli liderin başqa bir sözü də yada düşür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.” – Bilirsiz, iqtisadi qanunvericilik bazası, təkmil iqtisadi stukturlar, özəlliklə infrastuktur layihələri, hələ-hələ ölkələrarası, xalqlararası layihələr, belə hadisələrin sonuclarını addım-addım, mərhələ-mərhələ hər bir vətəndaşımızın öz cibində hiss edəcəyi, rahat yaşayacağı (inqilabi qərarların qəbul ediləcəyi!) mərhələni gətirməliydi, gətirib də!
Dövlət başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin mayasında, qayəsində VƏTƏNDAŞ, onun sosial təminatı, rifahının yüksəldilməsi dayanır; yeni “sosial zərf” bu müəyyənliyi özündə növbəti dəfə bariz şəkildə ehtiva edir; təsadüfi deyil ki, “zərf” ümumilikdə 2 milyondan çox (!) insanımızı əhatə etməklə ( -həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi durumunu önəmli dərəcədə yaxşılaşdırmaqla) ümumxalq, ümumrespublika və ümumgələcək xarakteri, mahiyyəti daşıyır.
Beləliklə, ən ümumi şəkli ilə ifadə etsək, dövlət büdcəsində formalaşan əlavə gəlirlərin bilavasitə ölkə vətəndaşlarının sosial rifahına yönəldilməsi ölkənin hərtərəfli iqtisadi inkişafı fonunda dövlət–vətəndaş güvəncəsini dərinləşdirməklə, aparılan sosial siyasətin alternativsiz olduğunu da bir daha sübut edir.
Dövlətimiz var olsun! Dilinizi alqışdan əskik etməyin, vətəndaşlar. – Hər alqışda bir kəramət, hər kəramətdə Tanrıya yetişmə imkanı vardır. Tanrı dövlətimizi, xalqımızı qorusun, ucaltsın və yaxın gələcəkdə Azərbaycan Prezidenti belə qərarlarının bir qismini Şuşadakı rezidensiyasından duyursun! (inşallah)