Türkiyədə təhlükəli terrorçu Şerif Yakut məhv edilib

19 İyun 2019 09:03 (UTC+04:00)

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin Bitlis bölgəsində həyata keçirdiyi antiterror əməliyyatında daha bir təhlükəli terrorçu məhv edilib. SİA xəbər verir ki, əməliyyat zamanı öldürülən "Ali Piling" ləqəbli Şerif Yakut Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

Ş.Yakutun ələ keçirilməsi üçün hökuməti 4 milyon lirə (təxminən 700 min ABŞ dolları) pul mükafatı ayırmışdı. Bildirilir ki, o, Diyarbəkir, Batman, Bitlis, Muş, Elazığ ve Bingöl bölgələrində bir sıra terror aktlarının törədilməsi üçün təlimatlar verib.