SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, ən ağır nəticələr Trabzonda baş verib. Bildirilir ki, bu bölgədə 10 nəfəri sel aparıb. Trabzon valisi İsmayıl İstaoğlu bildirib ki, onlardan 6-sının meyiti tapılıb. Dörd nəfərin axtarışı davam edir. Güclü daşqın axtarış işlərini çətinləşdirib. Vilayət rəhbərliyi hökumətdən xilasedici işlərə əlavə qüvvə, o cümlədən helikopterlər istəyib.