Paşinyan məğlub generalları geri qaytarır "JAMANAK"

18 İyun 2019 14:29 (UTC+04:00)

“2016-cı ilin Aprel həbri əməliyyatlarından dərhal sonra, Serj Sarkisyan 26 apreldə həmin vaxtlarda rabitə idarəsinin rəisi, general-mayor Komitas Muradyanı istefaya göndərmişdi. Lakin o, yenidən Ermənistanın müdafiə nazirliyi sisteminə geri dönüb”. SİA xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazır.

“Maraqlıdır ki, Aprel müharibəsindən sonra Serj Sarkisyan tərəfindən istefaya göndərilmiş iki general yeni hakimiyyətdə yenidən geri dönüblər. Birincisi – Ermənistan silahlı qüvvələrinin kəşfiyyat idarəsinin sabiq rəisi, general-mayor Arşak Karapetyandır ki, hazırda Nikol Paşinyanın hərbi məsələlər üzrə məsləhətçisidir və növbəti – Komitas Muradyandır”, erməni nəşri yazır.

Qeyd olunur ki, 2016-cı ilin aprelindən sonra qalmaqallı şəkildə istefaya göndərilənlərdən biri də müdafiə nazirinin keçmiş müavini, texniki-material təchizatı departamentinin rəisi Alik Mirzabekyandır və onun da geriyə - vəzifəyə qaytarılması mümkündür.

“Aprel hadisələri fonunda istintaq komissiyasının yaradılması zamanı bu təyinatlar maraq doğurur”, deyə “Jamanak” nəşrində xüsusilə vurğulanır.